Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 02 Jan 2024 03:51
Yaponiyanın mərkəzində baş verən güclü zəlzələlər nəticəsində sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İşikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.
APA xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə idarəsinin məlumatlarında qeyd edilib.
İndiyədək İşikava və Niiqata prefekturalarında 2 minə yaxın insan təxliyə olunub. İnsanlar xüsusi təxliyə mərkəzlərindədir, onların həyatları təhlükədə deyil.