Cənubi Koreya KXDR-in təhdidlərinə cavab olaraq təlim keçirib

Tarix: 02 Jan 2024 05:58

Cənubi Koreya ordusu Kim Çen Inın nüvə müharibəsi təhdidlərinə cavab olaraq artilleriya təlimləri keçirib.

APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə naziri Şin Von bildirib ki, şimal qonşusu ehtiyatsız davranışın öz çöküşünün başlanğıcı olacağı faktı ilə üzləşməlidir.

“Biz KXDR-ə hiss etdirməliyik ki, Koreya Respublikasını təhdid edən ehtiyatsız təxribatçı davranış tezliklə məhvə aparan yekuna çevriləcək”, - deyə nazir bildirib.

Xəbər Lenti