Çərşənbə, 6 May, 2026
Tarix: 02 Jan 2024 09:14
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində yerləşən ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.