Əli Əsədov Monteneqro XİN rəhbəri ilə görüşüb

Əli Əsədov Monteneqro XİN rəhbəri ilə görüşüb

Tarix: 20 Dec 2025 17:06

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb. Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Firuzə Vahid Azərbaycan Monteneqro
Əli Əsədov Monteneqro XİN rəhbəri ilə görüşüb
Əli Əsədov Monteneqro XİN rəhbəri ilə görüşüb

Mənbə: apa.az

Xəbər Lenti