Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı - Yenilənib

Tarix: 02 Jan 2024 09:52

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə 24 nəfər həyatını itirib.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, dünən Noto yarımadasında və qərbdəki İsikava sahillərində 5-7 bal gücündə bir neçə zəlzələ baş verib.

Belə ki, Yaponiyanın qərbində son 2 saat ərzində 5-7,6 bal gücündə daha 9 zəlzələ baş verib.

Açıqlamada həmçinin gecə ərzində bölgədə 4-5 bal gücündə bir neçə yeni zəlzələnin baş verdiyi bildirilib.

Bildirilib ki, zəlzələlərdən sonra magistral yollar dağılıb, 14 nəfərin müxtəlif nöqtələrdə dağıntılar altında xilas olunmağı gözlədiyi müəyyən edilib.

***

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ qurbanlarının sayı 30-a çatıb. Dağıntılar altında sağ qalanların axtarışları davam edir.

Xəbər Lenti