Moskvada partlayış nəticəsində bir yeniyetmə həlak olub, iki nəfər yaralanıb

Tarix: 20 Dec 2025 21:25

Moskva vilayətində naməlum qurğunun partlaması nəticəsində bir yeniyetmə həlak olub, iki nəfər isə yaralanıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Moskva vilayətinin Ximki şəhərinin Sxodnya mikrorayonunda baş verib.

Yaralılar ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Fərid Əkbərov

Xəbər Lenti