Tokioda 300-dən çox insanın olduğu təyyarə yanır - Yenilənib+Video

Tarix: 02 Jan 2024 13:44

Tokioda hava limanının uçuş-enmə zolağında partlayış olub.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Yaponiyanın paytaxtı Tokioda Haneda Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında yanan sərnişin təyyarəsində 300-dən çox insanın olduğu bildirilir.

Təyyarə eniş zamanı sahil mühafizə təyyarəsi ilə toqquşub. Partlayış anı qeydə alınıb.

***

Yaponiya Hava Yolları tərəfindən edilən açıqlamada təyyarədə olan 379 nəfərin təxliyə edildiyi bildirilib. Bir neçə dəqiqə ərzində alovlanan təyyarənin təxliyəsi cəmi 90 saniyə çəkib.

Xəbər Lenti