Portuqaliya münaqişədən sonra qoşunlarını Ukraynada yerləşdirə bilər

Tarix: 20 Dec 2025 22:37

Münaqişə bitdikdən sonra Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər.

APA xəbər verir ki, bu barədə Portuqaliyanın baş naziri Luiş Monteneqru məlumat verib.

"Heç nə Portuqaliya qoşunlarının qonşu ölkələrimizdə - Slovakiya, Rumıniya, Latviya, Litva və milli qüvvələrimizin Avropa İttifaqı və NATO daxilində sülhməramlı missiyalarda, çəkindirmə və təhlükəsizlik missiyalarında iştirak etdiyi digər ölkələrdə etdiklərini Ukraynada etməsinə mane ola bilməz", - Monteneqru Kiyevə səfəri zamanı bildirib.

Xəbər Lenti