Rusiyanın Ukraynaya kaset bombası atması nəticəsində iki nəfər həlak olub - VİDEO

Tarix: 20 Dec 2025 21:49

Rusiya ordusunun Ukraynanın İzyum şəhərinə kaset bombası atması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə şənbə günü Xarkov Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Sinegubov məlumat verib.

"İzyum şəhərinə hava hücumu nəticəsində iki nəfər həlak olub. Yenilənmiş məlumata görə, 60 yaşlı bir qadın da yaralanıb və kəskin stress keçirib. İlkin məlumatlara görə, rus ordusu İzyuma dörd kaset bombası ilə hücum edib", - Sinegubov bildirib.

https://t.me/apa_az/110713

Xəbər Lenti