İsraildə məhkəmə islahatları ləğv edildi

Tarix: 02 Jan 2024 15:07

İsrailin Ali Məhkəməsi ötən il Netanyahu hökumətinə qarşı ümummilli etirazlara səbəb olan mübahisəli məhkəmə islahatını ləğv edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Ali Məhkəmədən verilən açıqlamada, 15 hakimdən 8-nin qanunun əleyhinə qərar verdiyi bildirilib.

Dəyişiklik Ali Məhkəmənin konstitusiyaya zidd hesab etdiyi qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırırdı.

Tənqidçilər bunun məhkəmə sistemini zəiflətməklə ölkənin demokratiyasına ciddi zərbə vuracağını deyirdilər.

Xatırladaq ki, Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına qarşı İsraildə kütləvi mitinq və qarşıdurmalar olmuş, yüzlərlə insan həbs edilmişdi.

Xəbər Lenti