, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 01:35
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Venesuela sahillərində bir neft tankerinin saxlanıldığını təsdiqləyib.
APA xəbər verir ki, məsələ ilə bağlı nazir Kristi Noem “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, ABŞ Sahil Mühafizəsi personalı Pentaqonun köməyi ilə Venesuela limanından yola düşmüş bir neft tankerini tutub.
Nazirin sözlərinə görə Vaşinqton ABŞ hökumətinin iddia etdiyi kimi, narkoterrorizmin maliyyələşdirilməsi üçün istifadə edildiyi sanksiyalı neftin qanunsuz daşınması ilə mübarizəni davam etdirmək niyyətindədir.