, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 02:52
ABŞ tərəfindən Venesuela sahillərində saxlanılan neft tankeri Panama bayrağı altında üzüb və yükü çinli tacirə məxsus olub.
APA xəbər verir ki, bu barədə “New York Times” qəzeti mənbələrə istinadən məlumat verib.
“Axios” daha əvvəl ABŞ qüvvələrinin şənbə günü tankerə daxil olduğu, tankerin ABŞ sanksiyalarına tabe olmadığı və Vaşinqtonun əvvəllər elan etdiyi blokadanı aşmağa çalışdığı barədə məlumat yaymışdı.