, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 04:08
“Hizbullah” Türkiyə də daxil olmaqla bütün NATO qüvvələri İraqdan çıxana qədər silahlarının İraq hakimiyyətinə verilməsini müzakirə etməyəcək.
APA xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında dərc olunmuş açıqlamada deyilir.
"Müqavimət bizim haqqımızdır və silahlar onun döyüşçülərinin əlində qalacaq. Hökumətlə hər hansı bir razılaşma yalnız bütün işğalçı qüvvələr, NATO və Türkiyə ordusunun çıxarılmasından və xalqımızın və müqəddəs yerlərimizin təhlükəsizliyi əl-Culani dəstələrinin (Suriya prezidenti Əhməd əl-Şara) və kürd Peşmərgə özünümüdafiə bölmələrinin yaratdığı təhdidlərdən təmin edildikdən sonra müzakirə olunacaq", - açıqlamada bildirilir.
Qeyd edək ki, ABŞ dəfələrlə İraq hakimiyyətini ABŞ qoşunlarının yerləşdiyi ölkədəki hərbi bazalara vaxtaşırı hücum edən iranmeylli qrupları tərksilah etməyə çağırmışdı.