Fransa bu ölkədəki səfirliyini bağladı

Tarix: 02 Jan 2024 20:04

Fransa Nigerdəki səfirliyini bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Avropa və Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Niameydəki səfirlik 5 aydır demək olar fəaliyyətsizdir və öz missiyalarına yerinə yetirə bilmir.

Qeyd edək ki, Nigerdə hərbi çevrilişdən sonra iki ölkə arasında münasinətlər kəskin pisləşib.

Xəbər Lenti