, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 05:05
Afrika ölkələri BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatlarda öz layiqli yerlərini tutmalıdırlar.
APA xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Əti Qahirədə keçirilən Rusiya-Afrika nazirlər görüşündən sonra deyib.
"Afrika uzun müddətdir ki, əzilir və bu, davam edə bilməz. O, BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda öz layiqli yerini tutmalıdır", - nazir bildirib.
Qeyd edək ki, Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransı 19-20 dekabr tarixlərində Qahirədə keçirilib.