, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 07:28
Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelinin hazırlanmasına təxminən 3 trilyon yen (təxminən 19 milyard dollar) xərcləməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
SoftBank kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət birgə inkişafda iştirak edəcək.
Qəzetin məlumatına görə, hökumət xərclərin təxminən üçdə birini ödəmək, qalan vəsaitin isə özəl firmalar tərəfindən investisiya qoyulmasını nəzərdə tutur.
Yaponiyanın layihənin inkişafına 2026-cı ildə başlayacağı gözlənilir.