İsrail Beyruta PUA ilə zərbə endirib, altı nəfər ölüb - YENİLƏNİB-1

Tarix: 02 Jan 2024 21:48

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat verib.

Dron hücumu zamanı baş verən partlayışlarda altı nəfər ölüb.

HAMAS-ın hərbi qanadı olan Əl-Qəssam briqadalarının iki komandirinin də öldürüldüyü bildirilir.

***

Saat 21:14

İsrailin Beyruta zərbələri nəticəsində HAMAS-ın yüksək rütbəli rəsmisi həlak olub.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Saleh əl-Aruri İsrailin dron hücumu nəticəsində həlak olub.

Bildirilib ki, daha üç fəal öldürülüb.

Yaralıların dəqiq sayı bəlli deyil.

Saat 20:41

İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutu vurub.

APA xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.

Zərbələr Əl-Müşərrəfiyyə bölgəsində Fələstinin HAMAS radikal hərəkatının ofisinə endirilib.

Əraziyə təcili yardım maşınları cəlb olunub.

Qeyd olunub ki, bu, 2006-cı ildən bəri İsrailin Beyruta ilk zərbəsidir.

Xəbər Lenti