, 21 Dekabr, 2025
Tarix: 21 Dec 2025 09:34
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-a planlaşdırılan səfəri zamanı Prezident Donald Trumpa İrana yeni mümkün hücum planını təqdim edəcək.
APA xəbər verir ki, bu barədə “NBC News” telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.
İsrailin əsas narahatlığı İranın ballistik raket istehsalını artırmasıdır. Tehranın ballistik raket istehsalının ildə 3000 ədədə çatacağı proqnozlaşdırılır.
İsrail İranın uran zənginləşdirmə proqramını yenidən bərpa etdiyini də bildirir. İsrail İranın nüvə proqramını qlobal təhlükə olaraq qiymətləndirir, lakin bu proqramın yaxın zamanda tamamilə bərpa olunacağını gözləmir.
Qeyd edək ki, bu ilin iyun ayında 12 günlük müharibə zamanı İran İsrailin zərbələri nəticəsində 1000-dən çox insanın öldüyünü açıqlayıb. İran İsrailə 500-dən çox ballistik raket atıb, 1100-dən çox pilotsuz uçan aparat göndərib. Bu hücumla nəticəsində İsraildə 32 nəfər ölüb, 3000-dən çox insan isə yaralanıb.
ABŞ da sonradan İranın yeraltı nüvə obyektlərinə zərbə endirib.
***
20 dekabr, saat 21.14
İsrail İrana yenidən zərbələr endirə bilər.
APA xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.
"İsrail rəsmiləri İranın ballistik raket proqramını genişləndirməsindən getdikcə daha çox narahatdırlar və prezident Donald Trampı təkrar hücum variantları barədə məlumatlandırmağa hazırlaşırlar", - məlumatda deyilir.
Məlumata görə İsrailin baş naziri Benyamin Netanyahu yeni hücum üçün İranın addımlarının təkcə Təl-Əviv üçün deyil, həm də Vaşinqtonun maraqları da daxil olmaqla bütün region üçün təhlükə yaratmasını arqument olaraq gətirəcək.
Məqalədə həmçinin qeyd olunur ki, Netanyahunun Trampa ABŞ üçün seçimlər təqdim etməsi gözlənilir ki, bu seçimlər də hər hansı yeni hərbi əməliyyatlarda iştirak etmək və ya kömək etməkdən ibarətdir.
Netanyahu Tramp İran