Meksikada silahlı şəxslər 36 miqrantı qaçırıb

Tarix: 03 Jan 2024 07:30

Meksikanın Tamaulipas ştatında silahlı şəxslər avtobusu saxlayıb.

APA xəbər verir ki, bu barədə əyalətin İctimai Təhlükəsizlik Katibliyi məlumat yayıb.

Silahlı şəxslər 40 miqrantı avtobusdan zorla düşürdüb.

Onlardan 36-sı qaçırılıb.

Tamaulipas təhlükəsizlik qüvvələri miqrantların tapılması üçün genişmiqyaslı əməliyyata başlayıb.

Xəbər Lenti