Paşinyan Prezident İlham Əliyevə yük tranzitinin bərpasına görə təşəkkür edib

Tarix: 21 Dec 2025 20:05

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılmasına və ikitərəfli ticarət üçün şərait yaradılmasına görə təşəkkür edib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.

Paşinyan qeyd edib ki, bu addım regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətlərdən biridir.

Fərid Əkbərov

Xəbər Lenti