Qəzza üzrə razılaşmanın ikinci mərhələsi yanvarda başlaya bilər

Tarix: 21 Dec 2025 22:14

İsrail və HAMAS hərəkatı Qəzza sektorunda atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasına 2026-cı ilin yanvarında başlandığını elan edə bilərlər. APA xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Abdel Ati bildirib.

“Ümid edirik ki, Qəzza üzrə razılaşmanın ikinci mərhələsinə keçidlə bağlı yanvarda elan veriləcək. Gözlənilir ki, bu mərhələ İsrail qoşunlarının anklavdan tam çıxarılmasını, radikal qruplardan silahların müsadirə edilməsini, Sülh Şurasının formalaşdırılmasını və sektorda sülhməramlı kontingentin yerləşdirilməsini əhatə edəcək”, – nazir qeyd edib.

Xəbər Lenti