Maduro Venesuela neftini daşıyan tankerlərə hücumları pisləyib

Tarix: 22 Dec 2025 01:29

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin neftini daşıyan tankerlərə edilən hücumları qınayıb.

APA xəbər verir ki, Maduro bu barədə Telegram kanalında yazıb. O bildirib ki, Venesuela artıq 25 həftədir müxtəlif formalarda həyata keçirilən aqressiya kampaniyasına qarşı çıxır və onun öhdəsindən gəlir. Prezidentin sözlərinə görə, bu kampaniya psixoloji terror aktlarından tutmuş neft tankerələrinə hücum edən "dəniz quldurları"na qədər uzanır.

Maduro vurğulayıb ki, bütün təhdid və təzyiqlərə baxmayaraq, Venesuela özünün güclü ölkə olduğunu sübut edib və hakimiyyətin vasitəçilər olmadan birbaşa xalqa ötürülməsini nəzərdə tutan “dərin inqilabın” sürətləndirilməsinə hazırdır. O əlavə edib ki, Venesuela xalqı və cəmiyyətin bütün sosial təbəqələri sülhün və milli sabitliyin qorunmasında sarsılmaz mövqedə qalır.

Xəbər Lenti