Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 03 Jan 2024 15:50
Yaponiyada 5-7,6 maqnitudalı zəlzələlər nəticəsində ölənlərin sayı 73-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, ölüm halları ən çox İşikava prefekturasının şəhərlərində - Vacima və Suzuda qeydə alınıb.
Təbii fəlakət nəticəsində 100-dən çox insanın müxtəlifdərəcəli bədən xəsarətləri aldığı deyilir. İşikava prefekturasında zəlzələlərdən sonra baş verən çoxsaylı yanğınlar nəticəsində 200-dən çox yaşayış binası, həmçinin 250-dən çox tikili sıradan çıxıb.
Yerli hakimiyyət orqanları dağıntıların faktiki miqyasının daha böyük ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Hazırda zəlzələ bölgəsində Yaponiya Silahlı Qüvvələri tərəfindən xilasetmə və axtarış işləri davam etdirilir.
Yaponiya rəsmilərinin sözlərinə görə, hazırda təxliyə mərkəzlərində 32 mindən çox insan qalmaqdadır. Zəlzənin qeydə alındığı saatlardan indiyədək 60 mindən çox sakin təxliyə edilib.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub. Seysmoloqlar xəbərdarlıq edir ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və 7 baldan yuxarı yeni güclü zəlzələlər riski var.




