Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 02:50
Avropa İttifaqının daxiliyanma mühərriklərinə qoyulan qadağa şərtlərini yumşaltmaq qərarı Çin üçün strateji üstünlüyə çevrilə bilər. APA xəbər verir ki, bu barədə Politico məlumat yayıb. Nəşrin məlumatına görə, Avropalı avtomobil istehsalçıları elektromobillərə keçid yarışında tempi itirmək riski ilə üzləşdiyi halda, Pekin elektromobil sektorunda liderliyini möhkəmləndirməyə davam edir.
Brüsselin planlara yenidən baxaraq 2035-ci ilə qədər emissiyaların azaldılması hədəfini 100 faizdən 90 faizə endirməyi təklif etməsi şirkətlərə hibrid və daxiliyanma mühərrikli avtomobillərin istehsalını davam etdirməyə imkan verəcək.
Analitiklər xəbərdarlıq edirlər ki, bu yanaşma Avropa avtomobil sənayesini köhnəlmiş texnologiyalara investisiya qoymağa sövq edə bilər. Halbuki elektromobil seqmentində Çin brendləri ilə rəqabət artıq bir çox göstəricilər üzrə uduzulub.
Ekspertlərin fikrincə, Avropa hələ də “daha sürətli atlar yetişdirməyə çalışdığı” bir vaxtda, "BYD" kimi Çin istehsalçıları artıq münasib qiymətə, texnoloji cəhətdən inkişaf etmiş elektromobilləri kütləvi şəkildə bazara çıxarırlar. Bu səbəbdən 1aydaların yumşaldılması Avropa sənayesində zəruri transformasiyanı ləngidərək onu Çin istehsalçıları qarşısında daha da həssas vəziyyətə sala bilər.