KİV: Donald Tramp mürəkkəb danışıqlarda Cared Kuşnerə arxalanır

Tarix: 22 Dec 2025 04:52

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner mürəkkəb diplomatik proseslərdə, o cümlədən Qəzza sektorunda atəşkəsin müzakirəsi və Rusiya ilə dialoqda getdikcə daha fəal rol almağa başlayıb. APA xəbər verir ki, bu barədə "Associated Press" Ağ evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika liderinin komandası hesab edir ki, Kuşnerin təcrübəsi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun fəaliyyətini effektiv şəkildə tamamlayır.

Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ nümayəndələrinin bu tandemi fərqli danışıqlar üslubundan istifadə edir. Uitkoff bəzən güzəştə meylli kimi qəbul edildiyi halda, Kuşner daha praqmatik danışıqlar aparan və konkret razılaşmalar əldə etməyə qadir fiqur kimi dəyərləndirilir.

Bununla belə, Trampın kürəkəninin fəaliyyəti Yaxın Şərqdəki biznes maraqları səbəbindən Qərb diplomatları arasında birmənalı qarşılanmır.

Xəbər Lenti