Şabranda traktor kanala aşıb, sürücü xilas edilib

Tarix: 03 Jan 2024 18:02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.

Xəbər Lenti