Tokioda naməlum şəxs bıçaqla yoldan ötənlərə hücum edib

Tarix: 03 Jan 2024 19:06

Tokioda Akihabara qatar stansiyası yaxınlığında naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

APA TASS-a istinadən xəbərə verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xəsarət alanların olduğu qeyd edilir. Agentliyin məlumatına görə, hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, 2008-ci ildə bu stansiyanın yaxınlığında oxşar hadisə baş vermişdi. Yerli sakin bıçaqla yoldan keçənlərə hücum etmiş, nəticədə yeddi nəfər ölmüş, on nəfər yaralanmışdı.

Xəbər Lenti