Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 22 Dec 2025 12:15
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Prezident İlham Əliyev Xorvatiya Zoran Milanoviç təbrik məktub