Danimarka ABŞ-dan Krallığın ərazi bütövlüyünə hörmət tələb edib

Tarix: 22 Dec 2025 13:52

Danimarka Xarici İşlər Nazirliyi bütün ölkələrdən, o cümlədən ABŞ-dan, Danimarka Krallığının ərazi bütövlüyünə hörmət etmələrini tələb edib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, bu açıqlamanı Danimrka XİN-i ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsindən sonra verib.

Məlumata görə, Danimarka Xarici İşlər naziri Lars Løkke Rasmussen qısa açıqlama verərək bildirib ki, Qrenlandiya üzrə xüsusi elçinin təyinatı amerikalı tərəfin Danimarka ərazilərinə marağının davam etdiyini göstərir.

“Lakin biz bütün ölkələrdən, o cümlədən ABŞ-dan, Danimarka Krallığının ərazi bütövlüyünə hörmət etmələrini tələb edirik”, – o əlavə edib.

İlqar Xudiyev ABŞ Danimarka Qrenlandiya

Xəbər Lenti