Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 04 Jan 2024 03:08
BMT Qəzza zolağından əhalinin məcburi köçürülməsinə köklü şəkildə qarşıdır.
APA-nın məlumatına görə, bunu BMT-nin nümayəndəsi Soto Nino deyib.
“Biz prinsip olaraq məcburi yerdəyişməyə qarşıyıq” - Soto Nino deyib. Onun sözlərinə görə, heç kim fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçürülməsini müdafiə etməməlidir. BMT baş ofisinin sözçüsü vurğulayıb ki, mülki şəxslər öz evlərində təhlükəsiz olmalıdırlar.