Borrel Polşanın xarici işlər naziri ilə Kiyevə uzaqmənzilli raketlərin tədarükü məsələsini müzakirə edib

Tarix: 04 Jan 2024 02:43

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə Ukraynaya hərbi yardımın, o cümlədən raketlərin tədarükü ilə gücləndirilməsinin zəruriliyini müzakirə edib.

APA-nın məlumatına görə, bu barədə diplomat X platformasında (keçmiş Twitter) məlumat verib.

“Ukraynaya hərbi dəstəyimizi, o cümlədən uzaqmənzilli raketlər və zenit-raket kompleksləri ilə gücləndirmək zərurəti barədə razılığa gəldik”, - Borrel yazıb.

Xəbər Lenti