Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub

Tarix: 22 Dec 2025 17:02

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planının detalları məlum olub.

APA-nın xəbərinə görə, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib ki, Azərbaycan və Türkiyə birgə sənaye təlim mərkəzləri yaradacaq.

Türkiyə vitse-prezidenti qeyd edib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişinin imzalanması, səhiyyədən turizmə, bankçılığa qədər geniş bir sahədə təcrübə mübadiləsi proqramları da Fəaliyyət Planında yer alacaq.

Firuzə Vahid Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyası Fəaliyyət Planı

Xəbər Lenti