Tramp administrasiyası 48 xarici diplomatik nümayəndəliyin rəhbərini geri çağıracaq

Tarix: 22 Dec 2025 22:46

ABŞ Prezidenti Donald Trampın administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfiri geri çağırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə “The New York Post” mənbələrə istinadən məlumat verib.

"Bu, istənilən administrasiyanın standart prosedurudur. Səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin bu ölkələrdə "Hər şeydən əvvəl ABŞ" ideyasını təbliğ edən şəxslərin olmasını təmin etmək səlahiyyəti var", - qəzet Dövlət Departamentinin sözçüsünə istinadən bildirib.

Qəzet həmçinin qeyd edib ki, Tramp administrasiyası hələ də ABŞ-ın əsas tərəfdaşları olan ölkələrdə daimi diplomatik nümayəndəlik rəhbərləri təyin etməyib. Xüsusilə, Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və ya Ukraynada ABŞ səfirləri yoxdur.

Xəbər Lenti