Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 12:39
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilib.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova bildirib.
Deputat deyib ki, Prezidentimizin ad günü ilə bağlı səslənən təbriklərə qoşulur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib. Prezidentin daim vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə dəstək verərək ölkədə sabitliyin və inkişafın əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə strateji əhəmiyyəti artıb, etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənib”.
Nigar Məmmədova qeyd edib ki, dövlət siyasəti çərçivəsində regional infrastrukturun inkişafı məsələlərinə xüsusi diqqət yetirilir: “Bu da ali dövlət səviyyəsində qəbul edilən qərarlarda, o cümlədən yolların sistemli şəkildə yenilənməsinə və ümumilikdə müvafiq regionun balanslı inkişafına yönəlmiş Prezidentin son sərəncamında öz əksini tapıb. Belə ki, “Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, rayonun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yolları əsaslı təmir ediləcək. Bu məqsədlə 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün müvafiq yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Qeyd etmək istərdim ki, bu yanaşma nəqliyyat əlçatanlığının təmin olunması ilə yanaşı, eyni zamanda ərazilərin sosial-iqtisadi inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Təmsil etdiyim dairə üçün yolların vəziyyəti sadəcə rahatlıq məsələsi deyil. Bu, ilk növbədə tibbi xidmətlərə, təhsilə, iş yerlərinə çıxış, vətəndaşların təhlükəsizliyi və sahibkarlığın inkişafı üçün real imkanlar deməkdir. Məhz buna görə də Prezident tərəfindən bu ərazilərin inkişafına, xüsusilə yol infrastrukturuna göstərilən diqqət vaxtında verilmiş qərardır və buna görə dövlət başçımıza həm öz adımdan, həm də seçicilərim adından minnətdarlığımı bildirirəm. Xüsusilə vurğulamaq istərdim ki, sözügedən sərəncam yerli səviyyədə mövcud real ehtiyacları nəzərə alır, mərkəzi və regional icra orqanları arasında daha səmərəli əməkdaşlıq üçün möhkəm əsas yaradır. Bu isə mövcud problemlərin ardıcıl və sistemli şəkildə həllinə, insanların həyat keyfiyyətinin yüksəldilməsinə imkan verir”.
Firuzə Vahid Nigar Məmmədova Prezident İlham Əliyev Azərbaycan siyasi mərkəz