BMT Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb

Tarix: 07 Jan 2024 12:20

Birləşmiş Millətlər Təşkilatı 2026-cı ilə qədər Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımı (ÜDM) 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib.

BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.

Xəbər Lenti