Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 08 Jan 2024 12:10
Gürcüstan hakimiyyəti bu il Azərbaycandan qaz idxalını artırmaq niyyətindədir. Ümumi həcmin 3 mlrd. kubmetrdən çox olacağı gözlənilir.
"APA-Economics"in Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu, ölkənin təbii qaz üzrə dövlət balansında nəzərdə tutulub.
Məlumata görə, Gürcüstan bu il 3 mlrd. 217 mln. yanacaq idxal etməyi planlaşdırır. Bunun 200 mln. kubmetri Rusiyadan tədarük ediləcək.
Bildirilir ki, balansda 3 mlrd. 231 mln. kubmetr qazın istehlakı nəzərdə tutulub, bunun da 99%-i idxal olunacaq.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar- noyabr aylarında Azərbaycandan Gürcüstana 2,5 mlrd. kubmetr qaz ixrac olunub.