ASA sədri: Sığorta bazarı ötən il 28% böyüyüb

Tarix: 09 Jan 2024 10:15

Azərbaycan sığorta bazarı ötən il 28% böyüyərək 1 mlrd. manatı ötüb və ÜDM-də payı 1%-i keçib.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Elmar Mirsalayev deyib.

O bildirib ki, sektorun əsas hədəfi mövcud dayanıqlı böyümənin davamlılığının təmin edilməsidir.

“Növbəti illərdə, bu məqsədimizə nail olacağımıza əminik” - ASA sədri əlavə edib.

Xəbər Lenti