Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 09 Jan 2024 11:20
2023-cü ildə Bakı Fond Birjasının dövriyyəsi rekord həddə çataraq 15 milyard manata bərabər olub.
"APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin üzvü Tələt Kalayev deyib.
O bildirib ki, ötən il ümumilikdə Bakı Fond Birjasında 45 emissiya həyata keçirilib, onun 38-i istiqraz buraxılışı, 7-i isə səhm emissiyası ilə bağlı olub.