Mərkəzi Bank ötən il ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - Renkinq

Tarix: 09 Jan 2024 16:20

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,80 indeksi ilə) olub.

Ötən aya nisbətən sığorta şirkətindən edilən şirkətlərin həcmi 6%-dən çox artıb. Belə ki, “Xalq Sığorta” üzrə şikayət indeksi ötən ay 3,58 təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dekabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında - “Bakı Sığorta” 1.65 indeksi ilə ikinci ( əvvəlki ayla müqayisədə 0,20 bənd azalma), " Azərsığorta" isə 1.59 indeksi ilə (0,42 bənd artım) siyahıda üçüncü olub.

Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta", lisenziyası ləğv olunmuş "Günay Sığorta" və "Naxçıvan Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:

Xəbər Lenti