Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 10 Jan 2024 11:03
2024-2025-ci illərdə əmtəə qiymətlərinin bir qədər aşağı düşəcəyi, qlobal inflyasiyanın daha da azalacağı gözlənilir.
“APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib. Qeyd edilib ki, ümumi inflyasiyanın 2024-cü ildə 3,7 faiz, 2025-ci ildə 3,4 faiz azalacağı proqnozlaşdırılır.
Hesabatda inflyasiyanın yavaşlaması, faiz dərəcələrinin azalması fonunda 2025-ci ildə qlobal artımın 2,7 faizə yüksələcəyi proqnozlaşdırılır.