Azərbaycan lideri İsveçrə Konfederasiyasının Prezidentinə başsağlığı verib

Tarix: 02 Jan 2026 10:02

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Azərbaycan İsveçrə başsağlığı

Xəbər Lenti