Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 11 Jan 2024 12:18
2023-cü ildə “Azərbaycan Beynəlxalq Bank”nın (ABB) xalis mənfəəti 2022-ci illə müqayisədə 27% artaraq 322 mln. manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 mln. manatdan 484 mln. manata yüksəlib. Vergidən əvvəl xalis mənfəəti isə 421 mln. manata çatıb.
Qeyd edək ki, bu dövrdə bankın kredit portfeli 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. manatı ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. manata yaxın və ya 53% artım olub.