Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 11 Jan 2024 17:43
2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2022-ci illə müqayisədə 14,2% artaraq 183 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1% artaraq 134,2 milyon manat təşkil edib.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 14,2% artıb və 938,8 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 655,5 milyon manatdan çox təşkil edib.