Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi ilə görüşüb

Tarix: 06 Jan 2026 14:07

Leyla Əliyevanın Omana səfəri davam edir.

APA xəbər verir ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.

Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Heydər Əliyev Fondu Leyla Əliyeva Oman Sayyid Theyazin bin Haitham Al Said

Xəbər Lenti