Cümə, 9 Yanvar, 2026
Tarix: 08 Jan 2026 01:27
“Ağ Ev əmindir ki, ABŞ prezidenti Donald Tramp, Vaşinqtonun Venesuela ilə bağlı addımlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin ilə yaxşı şəxsi münasibətlər saxlaya biləcək.
APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt mətbuat konfransında deyib.
"Düşünürəm ki, prezident Tramp həm Rusiya Prezidenti Putin, həm də Çin lideri Si Cinpinlə çox açıq, dürüst və yaxşı münasibətlərə malikdir. Bildiyiniz kimi, o, təxminən bir il əvvəl vəzifəyə başladığı vaxtdan bəri onlarla dəfələrlə danışıb. Və inanıram ki, bu şəxsi münasibətlər davam edəcək", - o deyib.