Yaponiyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Yaponiyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Tarix: 22 Sep 2026 11:37

Yaponiyada “Ducyuan” tayfununun səbəb olduğu güclü yağış və daşqınlar nəticəsində 4 nəfər ölüb, azı 6 nəfər itkin düşüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Güclü yağışlar Tokio yaxınlığındakı Kanaqava və Çiba prefekturalarında daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Bir sıra yaşayış məntəqələrində yollar su altında qalıb.

Təbii fəlakət nəticəsində Tokio və ətraf rayonlarda dəmir yolu nəqliyyatının hərəkətində fasilələr yaranıb. Bir sıra dəmir yolu xətləri üzrə qatarların hərəkəti dayandırılıb, aviaşirkətlər isə yüzlərlə reysi ləğv edib.

Yaponiyanın hakimiyyət orqanlarının məlumatına görə, Tokio və ətraf ərazilərdə 1,6 milyondan çox insan üçün təxliyə xəbərdarlığı verilib.

İlqar Xudiyev Yaponiya tayfun daşqın

Mənbə: apa.az

Xəbər Lenti