Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 10:14
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər siyasi və iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamikaya xüsusi diqqət yetirib, Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qaldığını qeyd ediblər.
Görüşdə, həmçinin regionun inkişafına və qarşılıqlı əlaqələrin gücləndirilməsinə mühüm töhfə verən regional əhəmiyyətli birgə strateji layihələr müzakirə olunub. Bu kontekstdə tam istismara verilmiş Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyəti xüsusi vurğulanıb.
Müzakirələr zamanı nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub. Tərəflər regionun dayanıqlı və sabit inkişafının təmin olunması baxımından sülhün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Cəmilə Babayeva İrakli Kobaxidze Rəcəb Tayyib Ərdoğan Gürcüstan Türkiyə Bakı-Tbilisi-Qars BTQ strateji tərəfdaşlıq nəqliyyat enerji əməkdaşlığı regional inkişafMənbə: apa.az