Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 10:16
Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı insident baş verib.
APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 şagirdin yaralandığı bildirilib.
“Hazırda əməkdaşlarımız hadisə ilə bağlı araşdırmaları davam etdirir. İctimaiyyətə hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək”, - valiliyin açıqlamasında qeyd olunub.
Dəryanur Cəfərova Türkiyə şagird
Mənbə: apa.az