Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 11:14
Ukrayna və Fransa “SAMP/T” Hava Hücumundan Müdafiə sistemlərinin Ukraynada istehsal edilməsi üzərində çalışır.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşünə dair bildirib.
O, Makronla görüşündə təhlükəsizlik məsələləri və Ukraynaya qış üçün dəstək paketinin əsas müzakirə predmetləri olduğunu qeyd edib.
Zelenski “SAMP/T” sistemlərinin Avropa İttifaqının Kiyev üçün ayırdığı kredit dəstəyi ilə alınacağını və gələcəkdə bu sistemlərin Ukraynada istehsalı üzərində iş aparıldığını vurğulayıb.
“Biz həm də tərəfdaşlarımızla “FREYJA” anti-ballistik sistemlərinin birgə istehsalı üzərində çalışırıq. Bu il ilkin nəticələri gözləyirik”, - Zelenski bildirib.
O, Ukrayna xalqının müdafiəsi üçün hər şeyin ediləcəyini əlavə edib.
Toğrul Quluzadə Zelenski Makron raket sistemləri SAMP/T “FREYJA Fransa UkraynaMənbə: apa.az