Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 11:05
2026-cı ilin I yarısında Azərbaycanda listinqdə olan səhmlərin bazar kapitallaşması 37% artaraq 3,65 milyard manata çatsa da, təkrar bazar dövriyyəsi 8,8 milyon manat təşkil edib.
“APA-Economics” Bakı Fond Birjasının hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ilkin bazar dövriyyəsi 51,7 milyon manat olub.
Təkrar bazarda aktivlik əsasən ABB və “PAŞA Bank” səhmlərində müşahidə edilib. Təkcə iyun ayında ABB səhmləri üzrə 2 milyon manat həcmində 1 400, “PAŞA Bank” səhmləri üzrə isə 600 min manat həcmində 628 əqd bağlanıb.
Səhm bazarında yüksək konsentrasiya da davam edib. Maliyyə sektorunun listinqdə olan səhmlərin bazar kapitallaşmasındakı payı 99% olub. Eyni zamanda, cəmi 8 şirkət ümumi bazar dəyərinin təxminən 91%-ni formalaşdırıb.
Rahim Tarıverdiyev Bakı Fond Birjası səhm bazarı ABB PAŞA BankMənbə: apa.az